Azərbaycanda ən keyfiyyətli və ucuz hüquq-konsaltinq xidmətləri təqdim edən şirkət hansıdır?

Legal Store şirkətinin rəhbəri Məhəmməd Həsənli ilə müsahibə

1. Salam Məhəmməd bəy, bizə Legal Store-u bir cümlə ilə ifadə edin.

- Salam. Legal Store Azərbaycanda ən keyfiyyətli və sərfəli hüquq-konsaltinq xidmətləri göstərən yeni bir simadır.

2. Legal Store bir hüquq şirkəti olaraq öz müştərilərinə hansı imkanları təqdim edir?

- Legal Store yerli və xarici, fiziki və hüquqi şəxslərə Ailə hüququ, Mülki hüquq, Korporativ hüquq, Əmək hüququ, Vergi hüququ, İnzibati hüquq, Cinayət hüququ və Maliyyə hüquq münasibətləri üzrə həm fiziki həm də onlayn, www.legalstore.az səhifəsi üzərindən, geniş xidmətlər təqdim edir.

3. Maliyyə hüquq münasibətləri dedikdə Legal Store konkret olaraq hansı hüquq xidmətlərini əhatə edir?

- Maliyyə hüquq münasibətləri dedikdə ilk olaraq ağla gələn bank hüququ (buraya yeni yaradılan hüquqi şəxslərin qeydiyyatından əlavə banklarda hesablarının açılması, bank işləri üzrə məsləhətlərin verilməsi, əmanət və ya cari hesab müqavilələrinin ekspertizasının həyata keçirilməsi və s.) və sığorta hüquq münasibətləridir(sığorta fəaliyyəti sahəsində qanunvericiliklə təmin edilmiş hüquqlarının sığorta münasibətlərinin tərəflərinə izah edilməsi, sığorta hüquqpozmalarından əziyyət çəkən şəxslərə bu sahədə hüquqi dəstəyin təmin edilməsi, o cümlədən, sığorta bazarına yeni daxil olmaq istəyən hüquqi şəxslərin və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslərin qanunvericiliyin tələblərinə uyğun olaraq qeydiyyatlarının həyata keçirilməsi – sığorta şirkətləri, sığorta brokerləri, sığorta agentləri və s.).

4. Hazırda bütün dünyanı çarəsiz vəziyyətə salan yeni növ koronavirus olan COVİD-19 virusunun təsirləri ölkəmizdən də yan keçməmişdir. Belə bir şəraitdə Legal Store hüquq firması siz öz müştərilərinizə onların rahatlığını təmin etmək məqsədilə hansı xidmətləriniz barədə məlumat verə bilərsiniz?

- Bəli, qeyd etdiyiniz kimi, hazırda bütün dünyanı çarəsiz vəziyyətə salan yeni növ koronavirus olan COVİD-19 virusu ÜST tərəfindən dünya miqyaslı pandemiya halı kimi elan olunmuşdur. Nazirlər Kabineti yanında operativ qərargahın qərarı ilə bizim ölkədə də xüsusi rejim (karantin) tətbiq edilməkdədir. İndiki vəziyyətdə biz ölkənin ən yaxşı hüquq firması olaraq insanlarımızın həm sağlamlıqlarının, həm də öz hüquqlarının qeydinə qalmaları üçün dəstək veririk. Belə ki, onlar heç yerə getmədən zəng, mesaj, veb səhifə (www.legalstore.az) və ya e-mail vasitəsilə öz problemləri barədə rəy, məsləhət və yardım almaları üçün 24 saat hüquq xidməti göstərən peşəkar hüquqşünaslarımızın, vəkillərimizin, o cümlədən mühasibatlıq faəliyyətini də həyata keçirən əmədaşlarımızın onlayn (online) hüquq xidmətlərini təklif edirik. Belə olan halda insanlarımız evdə qalaraq həm özlərinin, həm yaxınlarının sağlamlıqlarını qoruya, həm də öz problemlərinin həllinə nail ola bilərlər.

5. Belə bir sual yəqin ki, bütün oxucularımız üçün maraqlı olar. Siz də əksər hüquq şirkətləri kimi yalnız Azərbaycanda yaşayan şəxslərə mi hüquqi xidmətləri göstərirsiniz? Yoxsa xidmətləriniz ölkə xaricində yaşayan həmyerlilərimizi də əhatə edir mi?

- Əlbəttə bu sual bizə də tez-tez ünvanlanır. Bu məsələ ilə əlaqədar qeyd edirik ki, biz Legal Store hüquq şirkəti olaraq nəinki Azərbaycan Respublikasında yaşayan vətəndaşlarımızın və hüquqi şəxslərimizin hüquqlarını müdafiə etməklə kifayətlənirik, o cümlədən xarici vətəndaşların, hüquqi şəxslərin, xaricdə yaşayan yerlilərimizin də  hüquqlarını müdafiə edirik. Daha dəqiq dəsək, biz onlara buradakı hüquqi və fiziki şəxslərə göstərdiyimiz xidmətlərin demək olar ki 90%-ə qədərini təklif edirik.

6. Bu məqama gəlmişkən hüquq xidmətlərivəkil xidmətləri barədə ən vacib məqamlardan birini bilmək düşünürəm ki, maraqlı olar. Legal Store-da qiymətlər ümumi təklif edilir? Yoxsa hər müraciət edən şəxsə xüsusi qiymətlər təklif edilir mi?

- İlk növbədə qeyd etməliyik ki, keyfiyyətinə zəmanət verməklə yanaşı bizim təqdim etdiyimiz xidmətlər münasib hüquq xidmətləridir. Sadə dil ilə desək, biz Azərbaycanda ən ucuz və keyfiyyətli hüquq xidmətlərini təqdim etməkdən qürur duyuruq. Bu həm fərdi hə də korporativ müştərilərimiz üçün keçərlidir. Korporativ müştərilərə təqdim etdiyimiz 3 paket xidmətlərin çoxluğuna görə dəyişir. Belə ki, “Silver” paketimizin qiyməti 500 manat, “Gold” paketimizin 800 və sonuncu “Platinum” paketimizin qiyməti isə 1100 manat təşkil edir. Yəni korporativ müştərilərimiz də sərfəli hüquq xidmətlərindən yararlana bilərlər.

7. Əvvəlki suallarda qeyd etdiniz ki, əcnəbilərə də hüquqi xidmətləri göstərirsiniz. Bir az bu haqda danışmağınızı istərdim, konkret olaraq kimlərə hansı hüquq xidmətlərini göstərirsiniz?

- Yuxarıda qeyd olunduğu kimi biz əcnəbi vətəndaşlara ya da qeyri-rezidentlərə yerli müştərilərimizə təqdim etdiyimiz xidətlərin 90%-ə qədərini təqdim edirik.  Əlavə olaraq biz Azərbaycanın mobil rezidentlərinə (m-Residency of Azerbaijan) də müxtəlif yeni növ xidmətlər təklif edirik. Bunlara misal olaraq Azərbaycanda ilk dəfə şirkətimiz tərəfindən təqdim edilən Virtual Adres (Virtual Address)Virtual Köməkçi (Virtual Assistant) xidmətlərini misal gətirə bilərəm.

8. Son olaraq isə bizə Legal Store hüquq şirkətinin heyəti barədə məlumat verməyinizi istərdik. Hazırda kollektiviniz neçə nəfərdən ibarətdir? İxtisaslaşma necə təşkil olunub?

Kollektivimiz əsasən gənc, novator və peşəkar hüquqşünaslardan ibarətdir. Onlara əlavə olaraq heyətimizdə 3 vəkil və 2 maliyyəçi (mühasib) çalışmaqdadır. Bu səbəbdən hüquqşünaslarımızla yanaşı mühasiblərimiz və vəkillərimiz də bizə müraciət edən şəxslərə peşəkar, vicdanlı və sərfəli hüquq xidmətləri təklif edə bilirlər.

9. Müsahibəmizin sonuna gəldik. Əlavə etmək istədiyiniz nəsə var?

Təşəkkür edirik bizə vaxt ayırdığınız üçün. Yeni yaranmış bir hüquq şirkətinin öz münasib və keyfiyyətli hüquq xidmətləri barədə dəyərli oxucularınıza təqdim etdiyiniz üçün.

10. Təşəkkürlər müsahibəniz üçün.