Haqqımızda

Biz Kimik?

Biz Azərbaycanda onlayn Hüquq-Konsaltinq xidmətləri ilə müştərilərin mövqe və mənafelərini üstün tutan və daim onların məmnuniyyətini hədəfləyən hüquq şirkətiyik. Əsas məqsədimiz sizin ən sadə və asan yolla, sərfəli və keyfiyyətli hüquqi xidmətlərdən yararlanmağınızı təmin etməkdir. Belə ki, Azərbaycanda ilk dəfə olaraq bir hüquq şirkəti öz xidmətlərini internet üzərindən müştərilərinə təklif edir və müvafiq xidməthaqlarının onlayn formada ödənişini təmin edir. Biz müştərilərimizə ailə, əmək, vergi, korporativ, müqavilə və s. sahələrdə hüquqi yardım göstəririk. Bununla yanaşı sizlərə ən dolğun və dəqiq hüquqi məsləhət verilməsi bizim öncəliyimizdir.

Legal Store

Vizyonumuz

Legal Store olaraq vizyonumuz Azərbaycanın hüquq sektoruna ən keyfiyyətli və qabaqcıl yenilikləri gətirməkdir. Şirkətimiz hüquq sahəsində xidmətlərin göstərilməsini müştərilər üçün daha da münasib və əlçatan olmasını öz hədəfi kimi müəyyən etmişdir. Şirkətimiz hər zaman peşəkar əməkdaşlar və partnyorlarla çalışaraq beynəlxalq səviyyədə göstərdiyi hüquqi xidmətlər ilə bu məqsədə daha da yaxınlaşır. Başlıca hədəfimiz şirkətimizin sərhədləri aşaraq beyləlxalq sferada tanınan brend olmasıdır!

Legal Store

Missiyamız

Şirkət olaraq prioritetimiz müştərilərimizin məmnuniyyətidir. Müştərilərimizin məmnuniyyəti üçün daim öz bilik və bacarıqlarımızı inkişaf etdirir və yeniləyirik. Qarşımıza qoyduğumuz əsas məqsədlərdən biri də öz müştərilərimizin qanunla qorunan bütün haqq və hüquqlarının təmin edilməsidir. Buna görə də istənilən növ hüquqi xidmətlərin sizə ən peşəkar formada çatdırılması üçün çalışırıq. “Legal Store” olaraq ədalətlilik prinsipinin sizin üçün daim bərqərar olmasını tələb edirik!

Legal Store