Əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müxtəlif idarə, müəssisə və təşkilatlarda təmsil olunması

Ölkə ərazisində müxtəlif səbəblərlə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxsləri müxtəlif idarə, müəssisə və təşkilatlarda təmsil olunması və məhkəmələrdə hüquqlarının müdafiəsi qanunvericiliklə və beynəlxalq normalarla tənzimlənir.

Ölkədə son illər ərzində miqrasiya sahəsində əsaslı dövlət siyasəti həyata keçirilib. Belə ki, qanunvericiliyin beynəlxalq normalara və müasir dövrün tələblərinə uyğunlaşdırılması, o cümlədən miqrantlarla bağlı sosial müdafiə tədbirləri ilə bağlı mühüm işlər görülüb.

Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq, əcnəbi və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasına gəlmək, burada yaşamaq, həmçinin əmək fəaliyyəti ilə məşğul olmaq hüquqlarına malikdirlər. Onların hər birinin hüquq və azadlıqları müvafiq normativ hüquqi aktlarla qorunur.

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının “Bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının müdafiəsi haqqında” Konvensiyasına 1998-ci ildə qoşulmuş və bu müqavilədən irəli gələn öhdəlikləri öz üzərinə götürmüşdür.

Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin 439-cu maddəsinə əsasən, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və beynəlxalq təşkilatların pozulmuş və ya mübahisə edilən hüquqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün Azərbaycan Respublikasının məhkəmələrinə müraciət etmək hüququ vardır.

Miqrasiya hüquqlarının pozulmasına görə məsuliyyət

Qanunla müəyyən edilmiş qaydaları pozmuş fiziki və hüquqi şəxslər məsuliyyət daşıyırlar. Bu kateqoriyaya Azərbaycan Respublikasının ərazisində müvəqqəti olan, o cümlədən müvəqqəti və ya daimi yaşamasının və əmək fəaliyyəti ilə məşğul olan, habelə Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilən zaman miqrasiya hüquqlarını pozan fiziki və hüquqi şəxslər aid edilir.

Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin tələblərini pozmuş dövlət orqanlarının vəzifəli şəxsləri qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkə ərazisinə qanunsuz gəlməsinin, burada qanunsuz olmasının, yaşamasının, Azərbaycan Respublikasının ərazisindən qanunsuz olaraq tranzit keçməsinin, o cümlədən qanunsuz işləməsinin təşkil edilməsində təqsirkar şəxslər də qanunla müəyyən edlmiş qaydada məsuliyyət daşıyırlar.

Ölkə ərazisinə girişinə müəyyən müddətə məhdudiyyət qoyulmuş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər həmin müddət ərzində bilərəkdən sənədlərində dəyişiklik edərək yenidən ölkəyə daxil olduqda, qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Eləcə də müxtəlif işlərə cəlb edilməsi məqsədilə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin pasportlarını və ya şəxsiyyəti təsdiq edən digər sənədlərini götürən, saxlayan və ya gizlədən şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Müxtəlif idarə, müəssisə və təşkilatlarda təmsilçiliklə bağlı hüquqi xidmət

LEGALSTORE şirkəti bu müstəvidən çıxış edərək, ölkə ərazisində müxtəlif səbəblərlə yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxsləri müxtəlif idarə, müəssisə və təşkilatlarda təmsil olunmasını və məhkəmələrdə hüquqlarının müdafiəsini tam təmin edir. 

O cümlədən bu sahədə mübahisəli məsələlərlə bağlı iddia ərizələrinin, vəsatətlərin, apellyasiya və kasassiya şikayətlərinin hazırlanmasını, müxtəlif təşkilatlara ərizələrin tərtib edilib göndərilməsi proseslerinin həyata keçirilməsini və lazımi hüquqi xidmət göstərilməsini öhdəmizə götürürük.


Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs