Əmək hüquq münasibətləri ilə bağlı olan sənədlərin tərtibi

Əmək hüquq münasibətləri ilə bağlı olan sənədlərin tərtibi, əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi, xitamı və s. məsələlərlə bağlı əmrlərin nümunəvi formalarının hazırlanması zamanı peşəkar hüquqi yardımın alınması çox vacib amillərdəndir.

Onu da qeyd etmək lazımdır ki, bu sənədlərin tərtib olunma qaydası Əmək Məcəlləsi ilə tənzimlənir və onun vəzifələri sırasına daxildir. Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

Əmək hüququnun predmeti

Hər bir hüquq sahəsi ictimai münasibətlərin müəyyən bir hissəsini normaya saldığı kimi əmək hüququ da əmək münasibətlərini və əmək münasibətləri ilə bağlı olan münasibətləri tənzimləyir. Əmək hüququnun predmeti də məhz bu münasibətlərdir.

Lakin onu da qeyd etmək lazımdır ki, bütün əmək münasibətləri əmək hüququnun tərkibinə daxil deyildir. Əmək münasibətləri şəxsin işəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında işçi qismində fəaliyyətə başlaması ilə əmələ gəlir.

Azərbaycan Respublikasının Konstitusiyanın 35-ci maddəsi əməyin azadlığını bəyan edir. Belə ki, maddədə təsbit edilir ki, hər kəs öz seçimi üzrə əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdir. Hər bir kəs əmək müqaviləsi üzrə, yaxud kooperativ üzvü kimi işləyə, mülki-hüquqi müqavilə üzrə konkret-müəyyən işi yerinə yetirə, yaxud fərdi sahibkarlıq fəaliyyətinin müxtəlif növləri ilə məşğul ola bilər. Bu da onu göstərir ki, əmək münasibətləri müxtəlif formalara malikdir.

Əmək hüququnun subyektləri

Qanunvericiliyə əsaslanaraq demək olar ki, əmək hüququnun subyektləri qismində əmək münasibətlərinin və onlarla bilavasitə bağlı olan digər münasibətlərin əmək hüquq subyektliyinə malik olan tərəfləri çıxış edirlər.

Əmək hüququnun subyektləri əmək qanunvericiliyi ilə tənzimlənən ictimai münasibətlərin əmək hüquq və vəzifələrinə malik olan və onları həyata keçirə bilən iştirakçılarıdır. Bu subyektlər həm əmək hüquq fəaliyyət qabiliyyətinə, həm də delikt qabiliyyətinə malik olmalıdırlar.

Əmək hüquq subyektliyi isə dövlət tərəfindən tanınan əmək hüquq və vəzifələrə malik olmaq və onları şəxsən həyata keçirmək qabiliyyəti, eləcə də əmək sahəsində hüquq pozuntularına görə müstəqil surətdə hüquqi məsuliyyət daşımaq qabiliyyətidir.

Əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və xitam edilməsi əsasları

Qanunvericilikdə əmək hüquq münasibətlərinin yaranması, dəyişdirilməsi və xitamı edilməsi hüquqi faktlar adlandırılır. Əmək hüquq münasibətlərinin yaranmasını doğuran hüquqi faktlar onların yaranmasının əsasları adlanır. Belə ki, əmək hüquq münasibətlərinin yaranmasının əsası qismində əmək müqaviləsi çıxış edir.

Bu məsələ Azərban Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin ikinci hissəsində tam əks edilmişdir. Lakin bəzi hallarda əmək hüquq münasibətlərinin yaranması üçün təkcə əmək müqaviləsi kifayət etmir. Məcmu halında bu hüquqi aktlar əmək hüquq münasibələrinin əsası qismində çıxış edirlər.

Əmək müqaviləsinin əsas şərtlərinin dəyişdirilməsi başqa sözlə desək, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas, vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək onu başqa işə keçirmə sayılır. Başqa işə keçirilməyə yalnız işçinin razılığı ilə, həmçinin yeni əmək müqaviləsi bağlamaqla yol verilir. Birtərəfli qaydada əmək müqaviləsinin şərtlərinin dəyişdirilməsinə müəyyən hallarda, işəgötürənin təşəbbüsü ilə bir aydan artıq olmayan müddətə yol verilə bilər.

Əmək Məcəlləsinin 60-cı maddəsində təsbit edilir ki,  işəgötürən işçinin razılığını almadan istehsalat zəruriyyəti və boşdayanma hallarının qarşısını almaq məqsədi ilə onu bir ay müddətinə müvəqqəti olaraq başqa işə keçirə bilər. Bir aylıq müddət bitdikdən sonra işçi əvvəlki əmək funksiyasının icrasına qaytarılır.

Əmək hüquq münasibətlərinin xitamı bunun üçün hansı tərəfin təşəbbüs göstərməsindən asılı olaraq bunlardan ibarətdir:

  1. Tərəflərin qarşılıqlı razılığı; 
  2. Tərəflərdən birinin təşəbbüsü; 
  3. Tərəflərin iradəsindən asılı olmayan halları və s.

Əmək hüquq münasibətləri sırf şəxsi xarakter daşıdığından o, işçinin ölümü ilə də xitam olunur.

Əmək hüquq münasibətləri ilə bağlı sənədlərin tərtibində hüquqi xidmət

Əmək hüquq münasibətləri ilə bağlı sənədlərin tərtibində və ümumiyyətlə, hüquqi sənədlərlə bağlı məsələlərdə hər kəsə ehtiyatlı davranmağı məsləhət görürük. Bəzən sənədlərdə yol verilən xətalar sizə kiçik görünsə də, sonradan böyük problemlər yarada bilir. Buna görə də LEGALSTORE bu sahədə sizə hüquqi xidmət göstərir. Sonradan böyük problemlər yaşamamaq və özünüzü bu sahədə sığortalamaq üçün peşəkar hüquqşünaslarımıza müraciət edin!


Xidmətdən yararlanmaq üçün onlayn müraciət edin.

Hüquqi şəxs
Fiziki şəxs