İlkin onlayn konsultasiya
Müştərilərə online rejimdə konsultasiya xidməti və hüquqi dəstəyin göstərilməsi başlıca prinsipdir. Bu sahədə onların inamını doğrultmaq, suallarını ətraflı və qanunvericilikdə olan son dəyişikliklərə uyğun olaraq cavablandırmaq çox vacibdir. Bu həm də şəxslərin rahatlığını təmin edən başlıca meyardır.
Bu xidmətdən yararlanmaq üçün 32 manat ($19) dəyərində birdəfəlik ödəniş etmək zəruridir.
Xidmətdən yararlanmaq üçün səhifənin aşağısıdan müraciət edin. Ödəniş daha sonra sizə göndəriləcək link vasitəsilə ediləcək.
Texnologiyanın inkişafı və dövrün tələbləri hüquqda da yeni xidmət sahələrinin yaradılmasını şərtləndirir. Hüquqi xidmət sahələrinin elektron qaydada həyata keçirilməsi fiziki və hüquqi şəxslərə sərfəli və rahat şəkildə xidmət göstərməyi asan edir.
Konsultasiya latınca “consultatio” sözündən yaranmış və mənası məsləhət vermək deməkdir. Göstərilən bu xidmətin başlıca məqsədi şəxsləri qısa zaman ərzində doğru yola istiqamətləndirməkdir.
Qlobal inkişaf və bu inkişafın texnologiya vasitəsilə inteqrasiyası insanların həyatını daha da rahat etməyə yönəlmişdir. Bu rahatlıq artıq özünü cəmiyyətin sosial, iqtisadi, siyasi, ticarət sahələrində göstərir. Texnologiyanın bu inkişafı ticarət məqsədilə aylarla səyahət etməyi artıq aradan qaldıraraq müxtəlif ölkələrdən edilən alış-verişi əlverişli hala çevirmişdir.
Əlbəttə insanlara təqdim edilən sosial xidmət sahəsində olan və elektron qaydada həyata keçirilən bu inkişaf nəzərə çarpandır. Artıq insanlar evlərindən çıxmadan vergi borclarını ödəyə bilir, etibarnamə əldə edir, eləcə də hüquqi şəxslər yaradırlar.
Hüquqi və fiziki şəxslərin maraqlarına uyğun olaraq hüquqi xidmətlərin onlara onlayn platformada təqdim olunması müasir tələblərdəndir.
Belə ki, şəxslər bir çox hallarda öz şikayətləri ilə bağlı hansı quruma müraciət etməli olduqları, onların şikayətinə hansı məhkəmə tərəfindən baxılmalı olduğu və s. kimi hallarda köməyə ehtiyac duyurlar. Bu zaman vaxtlarına qənaət etmək məqsədilə kompüter qarşısına keçir və qısa zamanda doğru və etibarlı məsləhət almaq istəyirlər.
Peşəkar hüquqşünaslar tərəfindən konsaltinq xidmətləri zamanı sizlər üçün ən sadə və əlverişli həll yolları təklif edilir. Artıq insanlar onlayn formada hər hansı hüquqi problemlə bağlı müraciət edib lazımi məlumatları ala bilər.
Son illər, inkişaf etmiş ölkələrdə demokratiyanı daha da inkişaf etdirən amillərdən biri “Elektron Hökumət”in formalaşdırılması hesab edilir.
“Elektron Hökumət”-müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır.
Elektron Hökümət vasitəsilə dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsi yüksəldilir və onlardan istifadə imkanları daha da sadə olur.
Bununla yanaşı, istifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurları sadələşdirilir, elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyi, tamlığı, etibarlılığı və sərbəst əldə olunması təmin edilir.
Nəticədə, istifadəçinin sorğusuna əsasən, məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxt maksimum azaldılır və coğrafi məkandan asılı olmayaraq ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadə mümkün olur.
Beləliklə, “Elektron Hökumət” virtual məkanın, müasir texnologiyaların imkanlarından istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim edilməsinə xidmət edir.
Onlayn rejimdə hüquqi xidmətlərin göstərilməsi
Vətəndaşlarımızın maraqları və müştərilərimizin rahatçılığı üçün hüquqi xidmətləri onlara onlayn platformada da təqdim edirik. Peşəkar hüquqşünaslarımız konsaltinq xidmətləri zamanı vətəndaşlarımız üçün ən sadə və az xərc tələb edən həll yollarını təklif edir.
Bəzi hallarda vətəndaşların qarşılaşdığı problemi həll edə bilməsi üçün bir neçə yol olsa da, əməkdaşlarımız sizin maraqlarınıza ən uyğun olanları sizin üçün əlçatan edir.
Bu sahədə tək olan LEGALSTORE müştərilərinə ən yüksək səviyyəli hüquqi xidmət göstərir və onların məmnuniyyətinə tam zəmanət verir. Artıq vətəndaşlar onlayn formada hər hansı hüquqi problemlə bağlı əməkdaşlarımıza müraciət edə bilər.
Hüquqşünaslarımız problemin hansı hüquq sahəsi üzrə tənzimlənməsi, müştərinin hansı hüquq və öhdəliklərinin olması və s. kimi məsələlərdə sizə xidmət göstərməyə hazırdır!
Bu xidmətdən yararlanmaq üçün 32 manat ($19) dəyərində birdəfəlik ödəniş etmək zəruridir.
Xidmətdən yararlanmaq üçün səhifənin aşağısıdan müraciət edin. Ödəniş daha sonra sizə göndəriləcək link vasitəsilə ediləcək.