İstehsalçı tərəfindən zəmanət öhdəliklərinin icra edilməsi
İstehsalçı tərəfindən zəmanət öhdəliklərinin icra edilməsi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi üçün qanuna müvafiq tədbirlərin görülməsini, eləcə də istehsalçı və istehlakçıların hüquq və maraqlarının qorunmasını özünə prioritet sayan, hüquqi məsləhətlərinə etibar edəcəyiniz ünvan artıq mövcuddur.
İstehsalçı tərəfindən zəmanət öhdəliklərinin icra edilməsi birbaşa istehlakçı hüquqlarının müdafiəsinə təsir edən amillərdəndir. Nəzərə alsaq ki, cəmiyyətdə hər birimiz istehlakçıyıq və insan hüquqları sahəsində ən çox pozulan hüquqlar istehlakçı hüquqlarıdır, onların hüquqlarının qorunması ümumilikdə insan hüquqlarının qorunması deməkdir. Burda zəmanət öhdəliklərinin icra edilməsi xüsusi rol oynayır.
İstehsalçı kimdir?
İstehsalçı termininin açıqlaması öz əksini qanunvericilikdə belə tapmışdır: “İstehsalçı-mülkiyyət formasından və təşkilati-hüquqi formasından asılı olmayaraq satış üçün mal istehsal edən müəssisə, idarə, təşkilat və ya sahibkardır”.
Beləliklə, istehsalçı satış üçün istehsal etdiyi malla bir sıra vəzifələr, öhdəliklər daşıyır. İstehlakçı isə bu vəzifələrin yerinə yetirilməsini tələb etmə hüququna malik olan tərəf qismində çıxış edir.
Zəmanət öhdəliyi
Zəmanət öhdəliyi istehsalçıların məsuliyyət daşıdığı və istehlakçıların ən çox hüquqlarının pozulduğu sahədir. Qanunda da göstərildiyi kimi müəyyən edilmiş vaxtdan artıq istifadə edilməsi istehlakçıların həyatına, sağlamlığına, onların əmlakına və ya ətraf mühitə təhlükə kəsb edən və ya zərər vura bilən mallara xidmət müddəti müəyyən edilməlidir.
Zəmanət müddəti malın pasportunda və ya nişanlanma kağızında yaxud mala əlavə edilən digər sənədlərdə göstərilir. Zəmanət müddəti və yararlılıq müddəti fərqli anlayışlardır. Belə ki, zəmanət müddəti malın satıldığı gündən hesablandığı halda yararlılıq müddəti isə hazırlandığı gündən hesablanır. Yararlılıq müddəti ötmüş malların satışı qadağandır.
Bunlarla yanaşı, istehsalçı satdığı malda hər hansı bir risk barədə və ya malın təhlükəsiz istifadəsi barədə beynəlxalq təcrübələrdə qəbul edilmiş göstəricilərlə istehlakçıya məlumat verməyə borcludur.
İstehsalçı tərəfindən öhdəliklərin yerinə yetirilməsi
İstehsalçı tərəfindən öhdəliklərinin yerinə yetirilməsi Mülki qanunvericilik və digər hüquqi-normativ aktlarla tənzimlənir. Bundan əlavə istehsalçı istehsal etdiyi malın üzərində istehlakçını maraqlandıran məlumatları yerləşdirilməlidir.
Bu məlumatlara malın adı və ünvanı, mənşəyi, tərkibi, istehsal tarixi, saxlanma şəraiti və müddəti, çəkisi, qida dəyərliliyi, təminat öhdəlikləri, malın işlədilməsi və təhlükəsiz istifadə qaydaları, malın hazırlanmasında istinad olunan normativ-texniki sənəd və s. aiddir.
İstehsalçı tərəfindən öhdəliklərin icra edilməsi ilə bağlı hüquqi xidmət
Legal Store şirkətinin əməkdaşları istehsalçı tərəfindən zəmanət öhdəliklərinin icra edilməsi ilə bağlı hüquqa uyğun tədbirlərin həyata keçirilməsi ilə bağlı fiziki və hüquqi şəxslərə hüquqi xidmət təqdim etməyə hazırdır.