Valideynin razılığı olmadan uşağın xarici ölkəyə aparılması
Valideynlərdən birinin razılığı olmadan uşağın xarici ölkəyə aparılması qaydaları, məhkəmə qaydasında icazənin alınması, eləcə də bu proseslərin həyata keçirilməsində prosessual hərəkətlərin həyata keçirilməsi zamanı hüquqi xidmətlər qanunvericiliyin tələblərinə əsaslanmalıdır.
Yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynlərdən biri ilə getməsi üçün razılığın alınması mübahisəli və tez-tez rast gəlinən məsələlərdəndir. Yetkinlik yaşına çatmamış Azərbaycan Respublikasının vətəndaşı ölkədən öz valideynlərinin və ya qanuni nümayəndəsinin notariat tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş razılığı və müşayiəti ilə gedə bilər.
Uşağın xarici ölkəyə aparılması qaydaları
Qanunvericiliklə uşağın xarici ölkəyə aparılması qaydaları tənzimlənərkən yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə getməsi məsələlərini xüsusilə qeyd edir. Miqrasiya Məcəlləsində qeyd olunur ki, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur.
Valideynlərdən biri razı olmadıqda uşağın xarici ölkəyə aparılması proseduru (məhkəmə qaydasında icazənin alınması)
Məhkəmə qərar zamanı uşağın maraq və mənafeyini üstün tutmalıdır. Bu məsələ ilə bağlı İnsan Hüquqları üzrə Avropa Kovensiyasının tələblərinə nəzər yetirsək görərik ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etməli və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər.
Beynəlxalq normalara əsaslanaraq deyə bilərik ki, valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. Bu zaman qanunvericiliyə əsaslanaraq və uşağın mənafelərini üstün tutaraq tərəflər məsələni mübahisələndirə, iddia ərizəsi hazırlayıb məhkəməyə müraciət edə bilərlər.
Bir sıra hallarda uşaq ölkədən gedərkən digər valideynin razılığı tələb olunmur. Bu hallara tərəfin valideynlik hüququndan məhrum edilməsi barədə məhkəmə qərarı və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş doğum haqqında şəhadətnamədə ata barədə məlumatın ananın göstərişi üzrə yazılması haqqında arayışın olması daxildir.
Uşağın xarici ölkəyə aparılması zamanı yaranan problemlərdə hüquqi xidmət
Qanunvericiliyə əsaslanaraq və uşağın mənafelərini üstün tutaraq valideynlərdən birinin icazəsi olmadan uşağın xarici ölkəyə aparılması zamanı yaranan problemlərdə məsələnin mübahisələndirilməsi, iddia ərizələrinin hazırlanması, məhkəmə proseslərində iştirak Legal Store şirkətinin təklif etdiyi xidmətlər arasındadır.